Yazını böyüt
Yazını kiçilt
Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğın nəticəsində 16 ha sahədə əsasən, quru ot, kol-kos və qismən ağaclar yanıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub.
Yanğın saat 18.20-də söndürülüb.